Basketbol Liqasında XIX tura üç oyunla yekun vurulacaq

Basketbol Liqasında XIX tura üç oyunla yekun vurulacaq

Bu gün Azərbaycan Basketbol Liqasında XIX turun oyunlarına yekun vurulacaq. Turun sonuncu oyun günündə üç qarşılaşma təşkil olunacaq. 

B qrupunda 32 xalla müvafiq olaraq birinci və ikinci pillələrdə qərarlaşan komandalardan "Gəncə" "Şəki"nin qonağı olacaq. Qarşılaşma saat 14:00-da başlayacaq.

A qrupunda saat 16:00-da NTD - "Sabah", 19:00-da isə "Sərhədçi" - "Neftçi" görüşləri təşkil ediləcək. "Sabah" 32 xalla liderdir. "Neftçi" 27 xalla üçüncü, "Sərhədçi" və NTD 24 xalla müvafiq olaraq 5-6-cı yerləri bölüşdürürlər.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Quba"nı 112:103, "Ordu" "Lənkəran"ı 87:65, "Abşeron" "Naxçıvan"ı 60:58 hesabı ilə məğlub edib.