Azərbaycanın gənclərdən ibarət karate millisinin yeni baş məşqçisi açıqlanıb.
Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, Elnur İbrahim millinin çalışdırıcısı vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Elnur İbrahim 2002-2009-cu illərdə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığmasının, 2009-cu ildən 2024-cü ilə qədər isə Küveytin böyüklərdən ibarət komandasının baş məşqçisi vəzifələrində çalışıb.