Uşaq-Gənclər İdman Məktəbində boks yarışı başa çatdı

Uşaq-Gənclər İdman Məktəbində boks yarışı başa çatdı

Olimpizm xəbərləri

14.04.2025, 16:33

Masallıda yeniyetmələr arasında boks üzrə Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilib. Yarışda 10 çəki dərəcəsi üzrə 48 idmançı qüvvəsini sınayıb. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarış 2 gün davam edib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən birinciliyin qalib boksçuları Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR