“Şamaxı” doğma azarkeşləri önündə qələbə qazandı

“Şamaxı” doğma azarkeşləri önündə qələbə qazandı

Misli Premyer Liqasının XXXI turun oyunları davam edir. Turun üçüncü oyun gününün ilk qarşılaşmasında "Şamaxı" doğma meydanda "Kəpəz"i qəbul edib.

Oyun “Şamaxı”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 27-ci dəqiqəsində Alfons Msanqa hesabı açıb. 35-ci dəqiqədə “Kəpəz”in futbolçusu Luis Paçu cavab qolu ilə tarazlığı bərpa edib. Lakin 67-ci dəqiqədə Brahim Konatenin vurduğu qol "Şamaxı"ya qələbə gətirib.

Bu nəticədən sonra xallarının sayını 34-ə çatdıran "Şamaxı" turnir cədvəlində yeddinci pilləyə yüksəlib. "Kəpəz" isə 28 xalla doqquzuncu yerdə qərarlaşıb.

Turun sonuncu oyununda "Zirə" "Sumqayıt"la üz-üzə gələcək.