Qadın voleybolçular arasında Yüksək Liqanın qalibləri mükafatlandırılıb
BOK
24.04.2025, 18:24
Aprelin 24-də qadın voleybolçular arasında Yüksək Liqada mövsümün qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Milli Gimnastika Arenasinda keçirilən mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, federasiyanın birinci vitse-prezidenti Faiq Qarayev iştirak ediblər. Mərasimə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mövsüm ərzində göstərilən əzmkarlığı yüksək qiymətləndirib və "Azərreyl" klubunu çempionluq münasibətilə təbrik edib. O, Azərbaycan Voleybol Federasiyasının son illərdəki fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, final oyununda nümayiş olunan ruh və əzmkarlıq Azərbaycan voleybolunun yüksəlişindən xəbər verir. Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç mərasimdə çıxış edərək Bakı səfərindən məmnunluğunu ifadə edib. CEV rəsmisi möhtəşəm final oyunu və yüksək təşkilatçılıq münasibəti ilə qalibləri və federasiya rəhbərliyini təbrik edib. Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov isə federasiya rəhbərliyi adından çempion komandanı təbrik edərək onlara gələcək yarışlarda da uğurlar arzulayıb. Daha sonra çempionat zamanı fərqlənən voleybolçular müxtəlif nominasiyalar üzrə fərdi mükafatlarla təltif olunublar. Ardınca qalib komandalar - “Azərreyl”, “Abşeron” və “Milli Aviasiya Akademiyası”na kubok və medallar təqdim edilib. Medalları AVF prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev və CEV prezidenti Roko Sikiriç təqdim ediblər. “Azərreyl”ə çempionluq kuboku isə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tərəfindən təqdim olunub. Qeyd edək ki, finalda “Abşeron”a qarşı “qızıl set”də qalib gələn “Azərreyl” Yüksək Liqanın 2024/2025 mövsümünü çempion kimi tamamlayıb. “Abşeron” ikinci, “Milli Aviasiya Akademiyası” isə üçüncü pillədə qərarlaşıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Boksçularımız Avropa çempionatı üçün Budvaya yollanırlar
Bugün, 18:09 Boks
-
Stolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar
Bugün, 17:58 Tennis
-
Füzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
Bugün, 16:47 Su idman növləri
-
Tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
Bugün, 16:03 Cüdo
-
Oyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
Bugün, 15:11 Güləş
-
“Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi
Bugün, 14:19 Futbol
-
Azərbaycan Alpinizm Federasiyasına yeni prezidenti seçilib
Bugün, 14:13 Gündəm
-
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
Bugün, 13:13 Formula 1
-
Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız müəyyənləşib
Bugün, 11:11 Velosiped
-
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
Bugün, 11:01 Olimpiya dünyası
-
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
Bugün, 10:24 Basketbol
-
“Neftçi” Avropa Kubokunda cavab oyununa çıxır
Bugün, 10:05 Basketbol
-
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
Bugün, 00:11 Olimpiya dünyası
-
Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib
29.09.2026, 23:18 Su idman növləri
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib
29.09.2026, 22:44 Gündəm
-
Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
29.09.2026, 22:07 Tennis
-
Azərbaycan Basketbol Federasiyasının son mövsümün hesabatı və yeni mövsümün açılışı ilə bağlı tədbir keçirilib
29.09.2026, 20:27 Basketbol
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29.09.2026, 12:21 Gündəm
-
FIFA prezidenti Azərbaycana gəlib
29.09.2026, 11:55 Gündəm
-
Futzal üzrə U-19 millisi Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq
29.09.2026, 11:44 Futbol
-
Qadın basketbolçulardan ibarət millimizə baş məşqçi təyin olunub
29.09.2026, 10:49 Basketbol
-
Voleybol üzrə qızlardan ibarət yığmalarımızın yeni baş məşqçisi müəyyənləşib
29.09.2026, 10:39 Voleybol
-
Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi sakinlərlə görüş keçirilib
28.09.2026, 18:29 Su idman növləri
-
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
28.09.2026, 16:12 Olimpiya dünyası
-
Cüdoçularımız Xüsusi Olimpiya açıq turnirində 5 medal qazanıblar
28.09.2026, 13:18 Cüdo
-
Parisdə bürünc medal
28.09.2026, 12:51 Gimnastika
-
Gimnastlarımız beynəlxalq turnirdə 7 medal qazanıblar
28.09.2026, 12:35 Gimnastika
-
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
28.09.2026, 11:58 Şahmat
-
Beynəlxalq turnirdə bürünc medal
28.09.2026, 10:44 Olimpiya dünyası
-
Fiqurlu konkisürənlərimiz Qran-pri yarışında iştirak ediblər
28.09.2026, 10:05 Olimpiya dünyası
-
Ümumdünya Şahmat Olimpiadası başa çatıb
28.09.2026, 09:48 Olimpizm xəbərləri
-
Çimərlik güləşində tarixi uğur
28.09.2026, 00:58 Güləş
-
Anım Gününə həsr olunmuş açıq birincilik keçirilib
27.09.2026, 20:45 Ağırlıqqaldırma
-
MOK-un kollektivi Zəfər Parkını ziyarət edib
27.09.2026, 19:05 MOK