Aprelin 25-də Milli Olimpiya Komitəsinin inzibati binasında Qlobal Kiberidman Federasiyasının rəhbərləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi kiberidman fəaliyyətini gücləndirmək, daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə kiberidmanın Olimpiya Hərəkatına dəstəyi müzakirə edilib.
Qlobal Kiberidman Federasiyasının baş direktoru Paul J. Foster Azərbaycanda Qlobal Kiberidman Federasiyasının ofisini açmaq istədiyini bildirib. “Bizim baş qərargahımız Sinqapurdadır. Biz də burada, Azərbaycanda ofis açmaq istəyirik. Hesab edirik ki, bu, region üçün çox vacib bir hadisə ola bilər. Bilirəm, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına xeyli müddət qalıb Bizim konsulluğumuz var. "Bizdə" deyirəm, çünki özümü azərbaycanlı kimi hiss edirəm. Həqiqətən sizə lazım olan hər şeydə köməklik etməyə hazıram.” – deyə Paul J. Foster qeyd edib.