Rüstəm Ağasıyev: “Azərbaycan bu prosesdə fəal iştirak etməsi ölkənin beynəlxalq imicinə və gənclər siyasətinə ciddi töhfə verə bilər”
Olimpizm xəbərləri
25.04.2025, 21:19
Global Esports Federasiyasının aparat rəhbəri Rüstəm Ağasıyev Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən görüşdən sonra Olimpnews.az saytına müsahibə verib.
Olimpnews.az müsahibəni təqdim edir:
- Esports nədir?
- Esports - elektron idman və ya kiber idman - rəqəmsal platformalarda keçirilən rəqabətli video oyunlar əsasında formalaşan yeni nəsil idman növüdür. Bu sahədə oyunçular fərdi və ya komandalar şəklində yarışaraq yüksək peşəkarlıq səviyyəsində turnirlərdə iştirak edirlər. Esports həm idman, həm texnologiya, həm də media sahələrinin kəsişməsində dayanır və bu gün dünyanın ən sürətlə inkişaf edən sahələrindən biridir.
- Azərbaycanda esports sahəsinin inkişafı barədə nə deyə bilərsiniz?
- Azərbaycanda esports sahəsi son illərdə daha da sürətlə inkişaf edir. Azərbaycan Esports Federasiyasının fəaliyyəti, turnirlərin təşkili gənclərin bu sahəyə marağının artması bu inkişafın əsas göstəricilərindəndir. Dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq bu inkişafın davamlı olmasına şərait yaradır.
- Qlobal Esports Federasiyası bu prosesdə hansı rolu oynayır?
- Qlobal Esports Federasiyası (GEF) qlobal miqyasda standartlar müəyyən edir və üzv federasiyalarla birlikdə (173 uzv federasiyası müvcuddur) bu sahədə davamlı və inklüziv inkişafı təmin etməyə çalışır. Azərbaycan Esports Federasiyası da GEF-in üzvüdür və biz Azərbaycanda esports sahəsinin beynəlxalq standartlara uyğun şəkildə inkişaf etməsinə dəstək veririk.
- Beynəlxalq səviyyədə Azərbaycanın esports sahəsindəki mövqeyi necədir?
Azərbaycan artıq beynəlxalq səviyyədə bir sıra esports turnirlərində təmsil olunur. Bunların arasında GEF tərəfində Global Esport Games 100 dən artıq ölkənin təmsil olunduğu oyunlarda da milli komandamiz iştirak edir. Bu, həm idmançılarımızın fərdi uğurları, həm də ölkədə təşkil edilən tədbirlərlə əlaqədardır. Gələcəkdə daha çox beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi üçün danışıqlar aparılır və bu sahədə konkret planlarımız var.
- Gənclərin cəlb olunması və sağlam dəyərlərin təbliği istiqamətində nə işlər görülür?
- Esports təkcə rəqabət deyil, həm də texnologiya, komanda işi və strateji düşüncə kimi bacarıqların inkişafını təmin edən bir platformadır. Bizim əsas məqsədimiz gəncləri sağlam dəyərlər ətrafında birləşdirməkdir - yəni, məsuliyyət, dürüstlük, əməkdaşlıq və qlobal vətəndaşlıq anlayışını esports vasitəsilə təşviq etmək.
- Esports və Olimpiya Hərəkatı arasında əlaqə varmı? Bu sahədə GEF hansı rolu oynayır?
- Bəli, esports ilə Olimpiya Hərəkatı arasında əlaqələr günbəgün güclənir. GEF - Qlobal Esports Federasiyası bu sahədə körpü rolunu oynayır. Bizim əsas məqsədimiz esports-u beynəlxalq idman sisteminə, o cümlədən Olimpiya strukturlarına inteqrasiya etməkdir.
GEF Olimpiya Hərakatını təmsil edən beynəlxalq qurumlarla əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində inklüzivlik, gənclərin inkişafı və dəyərlər üzərində fokuslanır.
Azərbaycanda da bu prosesi dəstəkləməklə daha sıx əməkdaşlıq qurmaq məqsədilə GEF-in üzv təşkilatı olan Azərbaycan Esports Federasiyası ilə birgə çalışırıq.
- Esport və Olimpiya Hərəkatı
- Esports-un Olimpiya hərəkatına inteqrasiyası bir neçə səbəbdən vacibdir. Birincisi, bu gün gənclərin böyük hissəsi rəqəmsal dünyada aktivdir və esports onların maraq göstərdiyi əsas sahələrdən biridir. Bu səbəbdən Olimpiya Hərəkatı üçün gənclərlə daha sıx əlaqə qurmağın ən effektiv yollarından biri esportsdur.
İkincisi, esports da digər idman növləri kimi rəqabət, strateji düşüncə, komanda işi dəyərlər tələb edir. Bu da onu beynəlxalq idman sisteminə uyğunlaşdırır.
Biz istəyirik ki, gənclər yalnız turnirlərdə iştirak eləməknən qanə olmasın, həm də bu fəaliyyət vasitəsilə məsuliyyət, dürüstlük və əməkdaşlıq kimi mühüm keyfiyyətləri öyrənsinlər. Həmdə bu böyük industriyanın təklif etdiyi peşələrdən və bazarından da bəhrələnsin. Azərbaycanın da bu prosesdə fəal iştirak etməsi ölkənin beynəlxalq imicinə və gənclər siyasətinə ciddi töhfə verə bilər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İki cüdoçumuz İspaniyada qızıl medal qazandı
17.08.2026, 15:10 Cüdo
-
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalında
17.08.2026, 14:18 Boks
-
Rodri “Barselona”ya keçir
17.08.2026, 11:21 Futbol
-
Misli Premyer Liqası: "Qarabağ" "Şamaxı"ya qarşı
17.08.2026, 10:04 Futbol
-
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
16.08.2026, 20:21 Gündəm
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
15.08.2026, 18:15 Cüdo
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol
-
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
14.08.2026, 10:57 Basketbol
-
Avropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
14.08.2026, 10:19 Boks
-
"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
14.08.2026, 10:05 Futbol
-
Konfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
13.08.2026, 22:11 Gündəm
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol