Nazim müəllim hələ də bizimlədir
BOK
05.05.2025, 19:44
Mayın 3-də professor Nazim Məcidovun 70 illik yubileyi qeyd olundu. Görkəmli pedaqoqun akademik uğurları, elmi-pedaqoji fəaliyyəti, kafedraya və
tələbələrə verdiyi töhfələr bu günə kimi xatırlanır. Nazim Məcidovu cismən sıralarımızda görməmək, yubileyini onsuz qeyd etmək çox çətindir. Onun
tələbələri, həmkarları və dostları üçün bu yubiley həm bir qürur, həm də həsrət anıdır.
Nazim müəllim təkcə öyrədən bir insan deyildi. Elə insanlar var ki, onlar təkcə öz sahələrinin mütəxəssisi deyil, həm də bir məktəbdir. Buna həyat
məktəbi deyirlər. Professor Nazim Məcidov da məhz belə insanlardan biri idi. O, Azərbaycan İdman Akademiyasında uzun illər ərzində çalışaraq,
yüzlərlə tələbəyə yalnız elmi bilik yox, həm də insani dəyərlər aşılamışdı.
Nazim müəllim bədən tərbiyəsi və idman sahəsində dərin elmi biliyə malik idi. Təcrübəli pedaqoq sadəcə nəzəri biliklərlə kifayətlənmirdi, onları
təcrübədə tətbiq etməyi, tələbələrin gündəlik idman həyatı ilə əlaqələndirməyi bacarırdı. Yazdığı dərsliklər, metodik vəsaitlər və təlim materialları bu
gün də bir çox mütəxəssis üçün mayaka çevrilib. Lakin onu fərqləndirən təkcə elmi fəaliyyəti deyildi. Nazim müəllim mərhəmətli və anlayışlı idi. Dərs
dediyi hər bir tələbəni fərd olaraq görər, hər suala təmkinlə cavab verərdi. Çətinlik çəkən tələbəni bu çətinlikdən çıxarmaqda peşəkar idi. Onun
dərslərində iştirak etmək sadəcə mühazirə dinləməkdən ibarət deyildi. Bu həm də bir müəllimdən həyat təcrübəsi öyrənmək imkan idi. Nazim müəllim
100-dən çox elmi və elmi-metodiki əsərin müəllifi olub. O, 1 monoqrafiya, 2 dərslik, 6 metodiki vəsait, 20-dən çox tədris proqramı və çoxsaylı
məqalələrlə bu sahənin inkişafına böyük töhfələr verib. Onun elmi rəhbərliyi ilə 47 tələbə magistr dissertasiyası müdafiə edib.
Nazim Məcidov 1955-ci ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1987-ci ildə isə Moskvada
Mərkəzi Dövlət Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını müvəffəqiyyətlə bitirib. 1989-cu ildə Moskva şəhərində namizədlik dissertasiyası
müdafiə edərək, pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə yüksəlib. 1993-cü ildə SSRİ Ali Attestasiya
Komissiyasının qərarı ilə dosent, 2009-cu ildə isə professor elmi adını alıb.
Uşaq yaşlarından idmanla məşğul olan Nazim müəllim sambo və cüdo üzrə dəfələrlə şəhər, respublika və ümumittifaq yarışlarının qalibi və
mükafatçısı olub. 1980-ci ildən SSRİ İdman Ustası olub. Məşqçilik fəaliyyətindəki uğurları dövlət tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 2001-ci
ildə “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 2008-ci ildə “Əməkdar Məşqçi”, 2010-cu ildə “Əməkdar Müəllim”, 2021-ci ildə isə “Fəxri Bədən
Tərbiyəsi və İdman Xadimi” fəxri adlarına layiq görülüb.
Professor Nazim Məcidov 40 ildən artıq Azərbaycan İdman Akademiyasında çalışıb. 1979-1994-cü illərdə “Güləşmənin nəzəriyyəsi və metodikası”
kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində, 1994-2006-cı illərdə “İdmanın təkmübarizlik növləri” fakültəsinin dekanı, 2006-2016-cı
illərdə elmi işlər üzrə prorektor, 2016-cı ildən ömrünün sonunadək “Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri
vəzifəsində çalışıb.
Nazim müəllimin kafedra müdiri kimi fəaliyyəti də diqqətəlayiq idi. Kafedrada hər bir əməkdaşın sözünə qulaq asar, fikir ayrılıqlarına hörmətlə
yanaşar, kollektivin hər bir üzvünün işinə dəyər verərdi. Rəhbərliyi dövründə kafedranın uğurları daha da artmışdı. Kafedranın elmi və tədris fəaliyyəti
daha da sistemli və məqsədyönlü şəkildə qurulmuşdu. Yeni metodik vəsaitlərin hazırlanmasına şərait yaradar, gənc müəllimlərə dəstək olar, tələbələrin
isə elmi fəaliyyətə cəlb olunmasına xüsusi diqqət yetirərdi. O, idarəçilikdə qətiyyət və ədaləti, insan münasibətlərində isə səmimiyyət və mərhəməti
birləşdirə bilən nadir insanlardan idi. Rəhbər olmaq onun üçün bir üstünlük deyil, həm də bir məsuliyyət idi. Nazim müəllim bu məsuliyyəti sona
qədər ləyaqətlə daşıdı.
Onun iş otağına daxil olmaq heç vaxt “hesabat verməyə” oxşamazdı, əksinə ora daxil olan hər kəs səmimiyyət, anlayış və dəstək görərdi. Tələbənin də,
müəllimin də, əməkdaşın da fikrini dinləyən bir rəhbər idi. O, həm də yeniliklərə açıq, müasir çağırışlara cavab verən bir ziyalı idi.
Nazim müəllimin akademik rəhbərliyi təkcə kafedra ilə məhdudlaşmamışdı. O, uzun illər Akademiyada prorektor vəzifəsini də icra etmişdi və bu
vəzifədə də eyni prinsipiallıq, səmimiyyət və tələbəyönümlü yanaşması ilə seçilirdi. Prorektor olduğu dövrdə tələbələrin elmi inkişafına, xüsusilə
magistratura və doktorantura səviyyəsində olanlara yüksək dəyər verirdi. Elə həmin illərdə mən Azərbaycan İdman Akademiyasında magistratura
təhsilimi davam etdirirdim. Magistr müdafiəmdə o, bir cümlə ilə illərlə çəkilən zəhməti dəyərləndirmişdi: “Elmin yolu çətindir, amma sən o yolu
düzgün getdin”. Bu cümlə mənim üçün diplomdan da dəyərli idi. Çünki onu deyən bir prorektor, müəllim, rəhbər, insan və ən əsası Nazim müəllim
idi. Akademiyada prorektor vəzifəsində çalışdığı dövrlərdə də tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin inkişafı və tələbəyönümlü yanaşmanın
təşkili sahəsində bir çox yeniliklərə imza atmışdı. Onun tələbələrə olan münasibəti, dəstəyi və anlayışı birbaşa hiss olunurdu.
Nazim müəllimin rəhbərliyi altında keçirilən elmi seminarlar, müdafiəyə hazırlıq mərhələləri, təqdimatların qiymətləndirilməsi hamısı sistemli və
şəffaf idi. Akademiyada aparılan yenidənqurma işlərində fəal iştirak edib, “Onlayn universitet” layihəsi çərçivəsində test imtahanlarının təşkili və
təkmilləşdirilməsi prosesinə rəhbərlik etmişdi. Eyni zamanda Azərbaycan Cüdo Federasiyasında məşqçilərin təkmilləşdirilməsi kurslarına da rəhbərlik
ona həvalə olunmuşdu.
Hər bir insanın yaddaşında silinməyən anlar olur, elə bir an ki, zaman keçsə də sanki o gün yenidən canlanır. Mənim üçün həmin gün, fəlsəfə doktoru
diplomumu aldığım gün idi. Həyəcanlı, bir az da kövrək idim. Uğura çatmışdım. Akademiyada adətən belə uğurlar keçib gedərdi, bir neçə yaxın
tanışdan başqa çox adamın xəbəri olmazdı. Amma Nazim müəllim... O, bunu görməzdən gələcək insan deyildi. Kafedrada olarkən, o gün məni
görəndə gülümsədi. Klassik təbəssüm. Ciddi, amma mehriban tərzdə mən yaxınlaşdı və dedi: “Fəlsəfə diplomu almağın təkcə sənin deyil, bizim də
qürurumuzdur. Bu səviyyəyə gəlmək asan deyil. Sənə həmişə inanmışam”. O an daxilimdəki bütün gərginlik, bütün yorğunluq yox olmuşdu. Sanki
elmi addımlarım bir müəllimin gözü ilə öz təsdiqini tapmışdı. Sadə bir cümlə idi. O, illərin əziyyətini, çalışmağımı və inamımı tək bir baxışda əks
etdirmişdi. Nazim müəllim o gün məni təkcə təbrik etmədi o, məni gördü, tanıdı və qiymətləndirdi. Məhz buna görə o, təkcə müəllim deyil, böyük
hərflərlə yazılan “Müəllim” idi.
Bu gün onun yoxluğu hiss olunur. Amma hər dəfə onun yazdığı dərsliklərə, metodik vəsaitlərə baxanda və ya keçmiş dərslərini xatırlayanda içimdən
sanki bir səs gəlir: “Nazim müəllim hələ də bizimlədir”. Elminə, insanlığına və müəllimliyinə olan dərin hörmətlə deyə bilərik ki, Nazim Məcidov
kimi müəllimlər unudulmur, yaddaşlarda və ürəklərdə əbədi qalır.
Müjkan Məmmədzadə,
Pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan İdman Akademiyasının baş müəllimi
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avarçəkənimiz Avropa çempionu olub
12.06.2026, 15:17 Su idman növləri
-
"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
12.06.2026, 13:52 Futbol
-
AOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
12.06.2026, 13:21 MOK
-
DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
12.06.2026, 12:58 Gündəm
-
Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
12.06.2026, 11:45 Olimpiya dünyası
-
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
12.06.2026, 11:04 Basketbol
-
Kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
12.06.2026, 10:52 Voleybol
-
Dünya Kuboku: Cənubi Koreyadan əzmkar qələbə
12.06.2026, 09:33 Futbol
-
Stolüstü tennis üzrə Liqa turniri başa çatıb
12.06.2026, 08:55 Tennis
-
Meksika Dünya Kubokunun açılış oyununda qalib gəldi
12.06.2026, 01:22 Futbol
-
Mourinyo yenidən "Real"da
12.06.2026, 00:09 Futbol
-
Dünya çempionatının açılış mərasimi keçirilib
11.06.2026, 22:58 Gündəm
-
Basketbol millimiz dünya reytinqində ilk pilləyə yüksəlib
11.06.2026, 22:14 Basketbol
-
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
11.06.2026, 14:40 Olimpiya dünyası
-
Sevdiyim komanda mənə əzizdir, futbol isə ondan da əzizdir
11.06.2026, 09:59 Gündəm
-
Azərbaycan boks tarixində ilk
09.06.2026, 17:35 Gündəm
-
MOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
09.06.2026, 12:49 MOK
-
"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
09.06.2026, 11:51 Olimpiya dünyası
-
Millimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
09.06.2026, 10:26 Futbol
-
Olimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
08.06.2026, 22:14 Son xəbər
-
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
08.06.2026, 19:51 AMADA
-
MPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
08.06.2026, 19:16 Olimpiya dünyası
-
Azərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
08.06.2026, 18:59 Olimpiya dünyası
-
Qəhrəmanlıq tariximizə şərəf qatanlar
08.06.2026, 18:05 Olimpiya dünyası
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
08.06.2026, 16:25 Futbol
-
Azərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək
08.06.2026, 15:55 Tennis
-
Azərbaycan kanoeçisi Avropa çempionatında mübarizə aparacaq
08.06.2026, 15:37 Olimpizm xəbərləri
-
Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazandılar
08.06.2026, 15:21 Gimnastika
-
Millimizin baş məşqçisi Vyetnamda təlim keçib
08.06.2026, 13:25 Güləş
-
Məşqçilər üçün seminar təşkil edilib
08.06.2026, 12:32 Taekvondo
-
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
08.06.2026, 11:49 Güllə atıcılığı
-
Helsinborqda bürünc medal
08.06.2026, 11:40 Tennis
-
Şahmatçımızdan uğurlu başlanğıc
08.06.2026, 10:47 Olimpizm xəbərləri
-
Bakıda keçirilən beynəlxalq tennis turniri başa çatıb
08.06.2026, 10:10 Tennis