Mayın 17-də Abşeron Olimpiya İdman Kompleksində U-20 ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
Olimpnews.az xəbər verir ki, gənc cüdoçuların mübarizə aparacağı yarışda 34 klub və idman cəmiyyətindən 152 cüdoçu - 128 oğlan və 24 qız iştirak edəcək. Gənc idmançılar ümumilikdə 12 çəki dərəcəsində mükafatlar uğrunda güclərini sınayacaqlar.
Yarışın əsas diqqət çəkən məqamlarından biri də ne-vaza texnikalarına yönəlməsi olacaq. Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları yer (parter) üzərində aparılan texnikaları inkişaf etdirmək və təkmilləşdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu texnikalar idmançılara rəqiblərinə qarşı həm müdafiə, həm də hücum baxımından üstünlük əldə etmək imkanı yaradır.