Şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu, isveçli atlet Armand Duplantis yeni rekordu barədə geniş açıqlama verib. Olimpnews.az xəbər verir ki, Stokholmdakı Brilyant Liqa mərhələsində ilk cəhdində 6,28 m məsafəyə tullanan və əvvəlki nailiyyətini 12-ci dəfə üstələyən Duplantis bunları deyib: "Nənəm məndən dünya rekordunu yeniləmək barədə söz verməyimi istədi. Mən sözümə əməl etdim. Çətin idi, amma nənəmə görə qalib gəlməli idim".
Qeyd edək ki, Armand Duplantis bundan əvvəl Osloda keçirilən yarış zamanı ikinci cəhddə 6,15 m hündürlüyə yüksəlmişdi.