23 iyun - Beynəlxalq Olimpiya Günü kimi qeyd olunur
BOK
23.06.2025, 09:42
1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklifi irəli sürülüb. Beləliklə, ilk Beynəlxalq Olimpiya Günü 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunub. Bu günü daha təntənəli şəkildə və bütün Milli Olimpiya Komitələrinin iştirakı ilə qeyd etmək üçün 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib. Artıq 77 ildir ki, bütün dünyada Beynəlxalq Olimpiya Günü qeyd edilir. Həmin gün baron Pyer de Kuberten tərəfindən əsası qoyulmuş Olimpiya Hərəkatının işıqlı ideallarına həsr olunub. 1894-cü ildə Olimpiya Hərəkatını təşkil etmək, populyarlaşdırmaq və ona rəhbərlik etmək üçün nəzərdə tutulmuş orqan yaradıldı. Bu orqan Beynəlxalq Olimpiya Komitəsi adlandırıldı. Elə həmin il, 1894-cü il iyunun 23-də Parisdə bədən tərbiyəsi problemlərinə dair konqresdə on iki ölkənin nümayəndəsinin iştirakı ilə məşhur fransız öz tarixi məruzəsini etmişdir. Məruzədə o, konqresin iştirakçılarını Olimpiya Oyunlarının təşkilati əsasları ilə tanış edib. Sonra konqres müasir tarixdə ilk Olimpiadanın keçirilməsi barədə qərar qəbul edib. Bu Olimpiada 1896-cı ildə Afinada keçirilib: on üç ölkənin 311 atleti Olimpiya proqramının on üç növü üzrə medallar uğrunda mübarizə aparıb. İndi dörd ildən bir planetin ən güclü atletlərinin yarışları keçirilir. Yalnız İkinci Dünya müharibəsi dövrü istisna təşkil edir. BOK-un rəhbərliyi altında 33 Yay Olimpiya Oyunu və 23 Qış Olimpiadası keçirilib. Bütün dünya idmançıları arasında Beynəlxalq Olimpiya Gününü yarışlar və müxtəlif tədbirlər keçirməklə qeyd etmək qəbul olunub. Ən çox iştirakçı cəlb etməklə atletlərin kütləvi qaçışlarının təşkili daha kütləvi xarakter alıb. Beləliklə, Olimpiya Xartiyası adlanan xüsusi sənəddə şərh olunmuş əsas Olimpizm prinsipi təbliğ edilir. Xartiyada deyilir: “Olimpiya Hərəkatının məqsədi gəncləri idmanın köməyi ilə qarşılıqlı anlaşma və dostluq ruhunda tərbiyə etmək və beləliklə, daha yaxşı və firavan dünya yaratmağa kömək göstərməkdir”. Beynəlxalq Olimpiya Günü hər il Azərbaycanda da qeyd olunur. Belə ki, 1992-ci ildən müstəqil dövlət olaraq Olimpiya Hərəkatına qoşulan Azərbaycan 1996-cı ildən etibarən hər il ölkəmizdə Beynəlxalq "Olimpiya Günü"nü qeyd edir. 1997-ci ildə Milli Olimpiya Komitəsinə cənab İlham Əliyev prezident seçildikdən sonra Azərbaycanda Olimpiya Hərəkatı geniş vüsət almağa başlayıb. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngiməyib. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanılıb. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya Komitələri üçün örnək olub. Belə ki, ulu Öndər Heydər Əliyev tərəfindən Atlanta Oyunlarına hazırlıq haqqında Sərəncamın imzalanması, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verib. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı. Azərbaycan Olimpiya ölkəsinə çevrildi. Həmin zamandan Azərbaycanda idman və Olimpiya Hərəkatının inkişafında da böyük canlanma və intibah dövri başlayıb. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya oyunlarında iştirak edib. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olunub. Azərbaycan idmançıları bu illər ərzində 8 Yay Olimpiya Oyunlarında və 6 Qış Olimpiya Oyunlarında iştirak edib və ümumilikdə 9 qızıl, 16 gümüş və 31 bürünc medal qazanıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
23.07.2026, 12:51 Su idman növləri
-
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
23.07.2026, 12:29 Şahmat
-
Ölkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
23.07.2026, 11:35 Futbol
-
Konfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
23.07.2026, 11:14 Futbol
-
Dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
23.07.2026, 10:33 Güləş
-
UEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
23.07.2026, 10:11 Futbol
-
Media nümayəndələri arasında stolüstü tennis turniri keçirilib
22.07.2026, 22:36 Tennis
-
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
22.07.2026, 22:17 Gimnastika
-
Konfrans Liqası: "Neftçi" Bakıda "Dinamo"ya məğlub oldu
22.07.2026, 22:00 Futbol
-
Bu gün Milli Mətbuat Günüdür
22.07.2026, 00:38 Olimpiya dünyası
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
21.07.2026, 18:14 Gündəm
-
Milli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
21.07.2026, 18:03 Olimpiya dünyası
-
“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
21.07.2026, 17:42 Futbol