Dünya çempionatının əsil kuboku ABŞ-da qalıb

Dünya çempionatının əsil kuboku ABŞ-da qalıb

Klublararası dünya çempionatının kubokunun əsli ABŞ prezidenti Donald Trampın kabinetində saxlanılır.

Olimpnews.az DAZN agentliyinin verdiyi məlumata istinadən xəbər verir ki, Tramp kubokun bir müddət onun kabinetində qalmasını istəyib. FİFA Prezidenti Canni İnfantino isə bildirib ki, kubok həmişəlik yerində qalacaq. Bu o deməkdir ki, "Çelsi"yə təqdim olunan oval kubok mükafatın əsli deyil. İnfantino onu da qeyd edib ki, kubokun əsli hazırlanır və sahiblərinə təqdim ediləcək. 

Məlumat üçün qeyd edək ki, çempionatın finalında "zadəganlar" PSJ-ni məğlub etmişdilər - 3:0. 

 

--