Skopye-2025Beşinci yarış gününün GÜNDƏLİYİ

Skopye-2025: Beşinci yarış gününün GÜNDƏLİYİ

Bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının beşinci yarış gününə start veriləcək.

Olimpnews.az xəbər verir ki, yarışların beşinci günündə Azərbaycan komandası 6 (cüdo, taekvondo, üzgüçülük, atletika, idman gimnastikası, atıcılıq) idman növündə mübarizə aparacaq.

Fərdi yarışlarda qüvvəsini sınayacaq 10 idmançımızla yanaşı, güllə atıcılığı (duet HİT/MİSS) yarışlarında da komandamız mübarizə aparacaq.

İdmançılarımızın bu günkü yarış proqramını təqdim edirik:

25 iyul

09:00. Taekvondo (oğlanlar), 73 kq
İdmançı: Enes Duşku (Monteneqro) - Yunis Hüseynov (Azərbaycan)

Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti

 

09:00. Üzgüçülük (qızlar), təsnifat yarışı, I seçmə mərhələ

İdmançı: Mehri Əbdürrəhmanlı (50 m sərbəst üsul)

İdmançı: Vlastilina Xasyanova (50 m sərbəst üsul)

Məkan: Skopye Olimpiya Üzgüçülük Mərkəzi

 

09:40. Üzgüçülük (oğlanlar), təsnifat yarışı, I seçmə mərhələ

İdmançı :Amin Oruclu (400 m kompleks üzmə)

Məkan: Skopye Olimpiya Üzgüçülük Mərkəzi

 

09:48. Taekvondo (oğlanlar), +73 kq
İdmançı: Nikola Vitkoviç (Serbiya) - Elcan Əliyev (Azərbaycan)

Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti

 

09:50. Güllə atıcılığı (duet HİT/MİSS)

İdmançı: Oleq Kerjankin, Leyli Əliyeva (pnevmatik tapança,10 m)

Məkan: “Partizan” idman zalı

 

11:00. Atletika (oğlanlar),təsnifat mərhələsi, B qrupu

İdmançı: Əmir İsmayılov (Uzunluğa tullanma)

Məkan: Todor Proeski milli stadionu

 

11:00. Cüdo (qızlar), +70 kq
İdmançı: Mixaela Hoellvart (Avstriya) -Zemfira Əliyeva (Azərbaycan)

Məkan: Yan Sandanski İdman Mərkəzi

 

11:10. Cüdo (oğlanlar), +90 kq
İdmançı: Sübhan Axundov

Məkan: Yan Sandanski İdman Mərkəzi

 

14:30. İdman gimnastikası (qızlar), final mərhələsi

İdmançı: Albina Əliyeva (dayaqlı tullanma)

Məkan: “Qradski Vrt” yarış zalı (Osiek, Xorvatiya)

 

18:35. Atletika (oğlanlar), final mərhələsi

İdmançı: Toğrul Şahtahtinski (çəkicatma)

Məkan: Todor Proeski milli stadionu