Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən cüdo üzrə fərdi yarışlar davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün komandamızın daha iki üzvü tatami üzərinə çıxıb. Təmsilçilərimizdən Sübhan Axundov (+90 kq) 1/8 finalda italiyalı Miçel Koriska üzərində texniki qələbə qazanıb. Lakin idmançımız növbəti mərhələdə fransalı Azriel Dekenne Diffoya məğlub olub. Fransalı idmançı finala çıxacağı təqdirdə cüdoçumuz təsəlliverici görüşdə mübarizəni davam etdirəcək.
Bu gün mübarizə aparan digər cüdoçumuz Zemfira Əliyeva (+70 kq) isə 1/16 finalda Mixaella Hoellvarta (Avstriya) məğlub olub.