Skopye-2025: Üzgüçümüz növbəti mərhələyə vəsiqə qazana bilmədi

Skopye-2025: Üzgüçümüz növbəti mərhələyə vəsiqə qazana bilmədi

Skopye-2025 çərçivəsində keçirilən üzgüçülük yarışları davam edir.

Olimpnews.az xəbər verir ki, bu gün təmsilçilərimiz 50 m sərbəst üsulla üzmə yarışlarında iştirak ediblər. Təmsilçilərimizdən Mehri Əbdürrəhmanlı 29.43 nəticə ilə növbəti mərhələ şansını itirib.

Qeyd edək ki, üzgüçülük yarışları Skopye Olimpiya Üzgüçülük Mərkəzində keçirilir.