Rafinya futbol karyerasını bitirdi

Rafinya futbol karyerasını bitirdi

Brazilyalı müdafiəçi Rafinya futbolçu karyerasını bitirib.

Olimpnews.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qalibi və "Bavariya"nın heyətində 7 qat Almaniya çempionu olan 39 yaşlı sambaçı sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. "Uzun müddətdir ki, bu barədə düşünürdüm. Bu gün peşəkar futbolçu karyeramı başa vurduğumu göz yaşları ilə rəsmən elan edirəm. İlk növbədə, mənə gözəl karyera bəxş edən Tanrıya şükür etmək istəyirəm. İndi olduğum yerdə olacağımı gözləmirdim.