Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIII turun oyunlarına yekun vurulacaq.
Olimpnews.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma təşkil olunacaq. Çempionatın lideri “Sabah” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Saat 19:15-də başlayacaq oyunu İnqilab Məmmədov idarə edəcək.
Hazırda “Sabah” 53 xalla turnir cədvəlinə başçılıq edir. 17 xalı olan “Kəpəz” isə 10-cu sırada qərarlaşıb.


