Azərbaycan komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çepionatında ilk medalını qazanıb.
Olimpnews.az xəbər verir ki, komandamıza ilk medalı 60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov qazanıdırb. O, üçüncü yer uğrunda qarşılaşmada komanda yoldaşı Balabəy Ağayevə ipponla qalib gəlib.
Qeyd edək ki, aprelin 19-dək davam edən çempionatda 15 cüdoçumuz iştirak edir.


