Ölkə birinciliyinin qalibləri müəyyənləşib

Ölkə birinciliyinin qalibləri müəyyənləşib

Aprelin 12-də “Climb Baku” İdman Dırmanma Mərkəzində idman dırmanmasının çətinlik növü üzrə iki yaş kateqoriyası üzrə ölkə birinciliyi keçirilib.
Yarış 2010-2012-ci il təvəllüdlü yeniyetmə və gənclər, eləcə də 2013-2015-ci illər təvəllüdlü kiçiklər arasında təşkil olunub. Ümumilikdə yarışda 33 idmançı iştirak edib.
Yarış çərçivəsində iştirakçılar təsnifat və final mərhələlərində mübarizə aparıblar.
Gərgin və maraqlı keçən yarışın yekununda 2010-2012-ci illər təvəllüdlü yeniyetmə və gənclər arasında qadınların mübarizəsində Aliyə İbrahimbəyova birinci, Həvva Yambulatova ikinci, Sofya Boriskina üçüncü yerə layiq görülüb. Kişilərin yarışında isə Rəsul Nəsir qalib olub, Fərhad Babayev ikinci, Murad İbrahimli üçüncü pillədə qərarlaşıb.
2013-2015-ci illər təvəllüdlü kiçiklər arasında keçirilən yarışda isə qızların mübarizəsində Fərəhnaz Rəşid qalib adını qazanıb, Eva Burlova ikinci, Roza Dubentsova üçüncü olub, oğlanların yarışında isə Vladimir Qolovnya fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, yarış Azərbaycan Alpinizm Federasiyası tərəfindən təşkil olunub, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənib.
Qaliblər medal, diplom və müxtəlif mükafatlarla təltif ediliblər.