Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Mərhələnin ilk oyunu "Murov Az Terminal" "Xilasedici" komandaları arasında olacaq. Saat 16:00-da başlayacaq qarşılaşma Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında təşkil olunacaq. Bu oyundan sonra saat 18:00-da həmin arenada "Ordu" "Neftçi" komandaları meydana çıxacaq. Bu Komandalar arasında ikinci matçlar isə aprelin 14-də təşkil olunacaq.


