Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIX turun oyunlarına yekun vurulacaq.
Olimpnews.az xəbər verir ki, turun son oyun günündə "Turan Tovuz" klubu "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək oyuna saat 18:00-da start veriləcək. Günün və turun son oyununda isə "Sabah" - "Karvan-Yevlax"la üz-üzə gələcək. "Bank Respublika Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq. Turun əvvəlki oyunlarında "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" oyunu heç-heçə başa çatıb - 1:1.


