Yeniyetmə taekvondoçular Azərbaycan birinciliyində bir araya gələcəklər

Yeniyetmə taekvondoçular Azərbaycan birinciliyində bir araya gələcəklər

Sabah Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start veriləcək. 

Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Üç gün davam edəcək turnirdə paytaxt və müxtəlif bölgələrdən 70 klub və idman cəmiyyətini təmsil edən ümumilikdə 554 idmançı qüvvəsini sınayacaq. Birincilikdə 2012, 2013 və 2014-cü il təvəllüdlü idmançılar mübarizə aparacaqlar.

Oğlanlar 33 kq, 37 kq, 41 kq, 45 kq, 49 kq, 53 kq, 57 kq, 61 kq, 65 kq, +65 kq, qızlar 29 kq, 33 kq, 37 kq, 41 kq, 44 kq, 47 kq, 51 kq, 55 kq, 59 kq, +59 kq çəki dərəcələrində çıxış edəcəklər.