Masallıda taekvondo yarışı keçirilib

Masallıda taekvondo yarışı keçirilib

Noyabrın 20-21-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində uşaq və yeniyetmələr arasında taekvondo idman növü üzrə Masallı rayon Uşaq-Gənclər İdman Məktəbin turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, Masallı Regional Taekvondo Mərkəzində baş tutan, 9 çəki dərəcəsi üzrə idmançıların mübarizə apardığı turnirin təşkilində əsas məqsəd “Konstitusiya və Suverenlik İli” qeyd etmək, uşaq və yeniyetmələr arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi, istedadlı idmançıların üzə çıxarması və idmançıların gələcəkdə daha yüksək səviyyəli yarışlara hazırlanması olub.
Gərgin keçən turnirdə qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.