Taekvondoçularımız III MDB Oyunlarına 11 medalla başladılar 

Taekvondoçularımız III MDB Oyunlarına 11 medalla başladılar 

Bu gün Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarına start verilib.
Olimpnews.az xəbər verir ki, ilk yarış günündə taekvondo millimizin 11 üzvü mükafatçılar sırasında yer alıb. Belə ki, təmsilçilərimiz uğurla çıxış edərək 3 qızıl, 2 gümüş və 6 bürünc medala qazanıblar. Komandamızın heyətində Ziya Həsənli  63 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək ölkəmizin III MDB Oyunlarında ilk qızıl medalının müəllifi olub. Digər qızıl medallara isə Humay  Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) sahib çıxıb. Komandamızın heyətində gümüş medallara isə Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) layiq görülüblər. Səlimə Quliyeva (46 kq), Nilufər Borji (53 kq), Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi - 87 kq) və Nərgiz Kazimova (62 kq) isə bürünc medallara yiyələniblər. 
Qeyd edək ki, taekvondo yarışlarına sabah yekun vurulacaq.