Futbol üzrə UEFA Çempionlar Liqasında ilk yarımfinalçıların adlarına aydınlıq gəlib.
Olimpnews.az xəbər verir ki, 1/4 final mərhələsinin ilk cavab oyunlarından sonra "Atletiko" (İspaniya) və PSJ (Fransa) klubları adını yaımfinala yazdırıb. İlk oyunda "Nou Kapm"da 0:2 hesabı ilə məğlub olan "Barselona" cavab qarşılaşmasında Madrid təmsilçisinə minimal hesabla qalib gəlib -1:2. Lakin bu qələbə Hans Flikin komandası üçün yetərli olmayıb və yarımfinala Madrid "Atletiko"su yüksəlib. Fransada "Liverpul"a 2:0 hesabı ilə qalib gələn Çempionlar Liqasının son qalibi PSJ Parisdə də eyni hesabla rəqibini məğlub edib -0:2. Beləliklə, Luis Enrikenin komandası adını yarımfinala yazdırıb.
Qeyd edək ki, bu mərhələnin digər cavab matçları aprelin 15-də təşkil olunacaq.


