“Zəfər Kubokun”da daha 6 medal

“Zəfər Kubokun”da daha 6 medal

Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər kuboku” davam edir.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, U17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ikinci günündə 6 güləşçimiz fəxri kürsüyə yüksəlib.

Sərbəst güləşdə Hüseyn Rzazadə (48 kq) gümüş, Abbas Şəfiyev (55 kq) və Elgün Kərimli (92 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Ömər Salmanovla (48 kq) Qurban Məcnunov (55 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medalın sahibi olublar. Yusif Mirzəyev (48 kq) isə gümüş medalı boynundan asıb.