Bakıda daha bir dünya çempionatı keçiriləcək

Bakıda daha bir dünya çempionatı keçiriləcək

Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

Olimpnews.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək. Avqustun 27-də paytaxtımızda U-17 dünya çempionatı keçiriləcək. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U17 dünya çempionatına da ev sahibliyi edəcək. Beləliklə, yay mövsümündə paytaxtımız dünya güləşinin mərkəzlərindən birinə çevriləcək.