Yunan-Roma güləşçimiz Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Olimpnews.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda türkiyəli Murat Fırata qalib gələrək qızıl medala layiq görülüb. Bu, Olimpiya mükafatçımızın karyerasında qazandığı ardıcıl dördüncü Avropa çempionluğu olub.


