Çempionlar Liqası: "Barselona" "Atletiko"ya, PSJ isə "Liverpul"a qarşı 

Çempionlar Liqası: "Barselona" "Atletiko"ya, PSJ isə "Liverpul"a qarşı 

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ikl oyunlarına yekun vurulacaq. Olimpnews.az xəbər verir ki, mərhələnin ikinci oyun günündə azarkeşlər daha iki qarşılaşma izləyəcəklər. İspaniyanın "Barselona" klubu  doğma azarkeşlər önündə Madrid "Atletiko"sunu qəbul edəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. 

Günün digər qarşılaşması isə PSJ (Fransa) və "Liverpul" (İngiltərə) klubları arasında olacaq. Parisdə təşkil olunacaq oyun saat 23:00-da başlayacaq. 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 14-də keçiriləcək.