Mayın 2-3-də Bakıda, Dənizkənarı Bulvar ərazisində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan yelkən idmanı üzrə “Prezident Kuboku” yarışı keçiriləcək.
Bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq “Prezident Kuboku" yarışı Bakı bulvarında, “Yaxt Klub”un yaxınlığında keçiriləcək.
Yarışda Azərbaycan Su İdman Növləri Federasiyası ilə yanaşı, “Xəzər” Yelkənli Qayıqlar İdman Klubundan ümumilikdə 30-dan çox idmançı mübarizə aparacaq. Yarış iki kateqoriyada - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə keçiriləcək.
Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.


