Aprelin 14-15-də konkur üzrə “Bahar” Kuboku turniri keçiriləcək.
Azərbaycan Atçılıq Federasiyasının mətbaut xidmətindən verilən məlumata görə, Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində təşkil olunacaq yarışda qələbə uğrunda “Omar”, “Sərhədçi”, “Murad” və “Elite” klubları, həmçinin Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 20-dən artıq iştirakçı mübarizə aparacaq. İdmançılar 3 kateqoriyada - hündürlüyü 90 (A kateqoriyası), 115 (L kateqoriyası) və 125 santimetr (M kateqoriyası) olan maneələrin dəf olunmasında yarışacaqlar. Turnirin yekununa görə, hər nominasiyada ilk 5 yeri tutacaq iştirakçılara mükafatlar təqdim olunacaq.


