Çempionlar Liqasında 1/4 final həyəcanı başlayır

Çempionlar Liqasında 1/4 final həyəcanı başlayır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək. 

Olimpnews.az xəbər verir ki, mərhələnin ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Belə ki, UEFA Çempionlar Liqasının 15 qat qalibi "Real" İspaniyada "Bayern Münhen" (Almaniya) klubu ilə qarşılaşacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Bu oyunla paralel keçiriləcək digər oyununda isə Portuqaliya "Sportinq"i Lissabonda İngiltərənin "Arsenal" klubunu qonaq edəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 15-də təşkil olunacaq.