Azərbaycanın yeniyetmə taekvondoçusu Elmir Səlimov Yunanıstanın Afina şəhərində keçirilən Avropa birinciliyində fəxri kürsüyə qalxıb.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, 53 kq çəki dərəcəsində çıxış edən idmançı gümüş medala layiq görülüb.
Ötən gün start götürən yarışa noyabrın 8-də yekun vurulacaq.


