Yüksək Liqada XVII tura start verilir 

Yüksək Liqada XVII tura start verilir 

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura bu gün start veriləcək.

Olimpnews.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. "DH Volley" UNEC-in, "Gəncə" isə "Milli Aviasiya Akademiyası"nın qonağı olacaq. Hər iki görüş saat 17:00-da start götürəcək.

Oyunlar müvafiq olaraq UNEC-in və "Milli Aviasiya Akademiyası"nın idman zalında təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında XVII tura martın 12-də yekun vurulacaq.