Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışlarda hakim kimi çıxış ediblər.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Ülvi Əliyev və Rəşad Əliyev isə Monteneqronun paytaxtı Podqoritsada təşkil olunan böyüklər arasında Avropa Kubokunda ədalət təmsilçiləri sırasında yer alıblar.


