“Sabah”, “Abşeron Lions”, “Neftçi” və “Ordu” klubları play-off-da

“Sabah”, “Abşeron Lions”, “Neftçi” və “Ordu” klubları play-off-da

Martın 12-15-də Azərbaycan Basketbol Liqasında (ABL) 19-cu turun görüşləri keçirilib. "A" və "B" qruplarında keçirilən oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

A qrupunda "Gəncə" klubu "Sabah"a məğlub olub -73:87.

Qrupun digər oyunlarında isə "Abşeron Lions" "Neftçi"yə 107:86, NTD isə "Şəki"yə 101:84 hesabı ilə qalib gəlib.

B qrupunda isə "Sərhədçi" "Naxçıvan"dan 83:67 hesabı ilə üstün olub. Qrupun digər oyununda "Sumqayıt" "Ordu"ya (98:121), "Lənkəran" isə "Quba"ya məğlub olub (88:95).

Qeyd edək ki, müntəzəm mövsümün sonuna bir tur qalmış, reqlamentə əsasən "Sabah", "Abşeron Lions", "Neftçi" və "Ordu" klubları birbaşa olaraq play-off'a (1/4 final ) vəsiqəni təmin ediblər.