AVRO-2029: Basketbol millimiz seçmə mərhələdə Şimali Makedoniyaya məğlub oldu 

AVRO-2029: Basketbol millimiz seçmə mərhələdə Şimali Makedoniyaya məğlub oldu 

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində növbəti oyununu keçirib. 

Millimiz Bakı İdman Sarayında təşkil olunan matçda Şimali Makedoniya yığması ilə üz-üzə gəlib. Tahir Baxşıyevin baş məşqçisi olduğu komandamız 70:78 hesabı ilə uduzub. 

Hazırda Şimali Makedoniya millisi 8 xalla A qrupuna liderlik edir. Lüksemburq 5 xalla ikinci, eyni xala malik Azərbaycan millisi isə üçüncüdür. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə yer alıb.

Qeyd edək ki, daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan Azərbaycan millisi İrlandiyanı (76:75) məğlub edib.