Bu gün basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Olimpnews.az xəbər verir ki, komandamızın rəqibi Bolqarıstan seçməsi olacaq. Bolqarıstanın Plovdiv şəhərindəki "Kolodrum Arena"da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Qeyd edək ki, E qrupunda yer alan Azərbaycan millisi hazırda 3 xalla sonuncu - dördüncüdür.


