Millimizin AVRO-2029-un ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşdi

Millimizin AVRO-2029-un ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşdi

Basketbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. A qrupunda yer alan millimiz İsveçrə, İslandiya və İrlandiya yığmaları ilə qarşılaşacaq. 

Xatırladaq ki, AVRO-2029-un ilkin seçmə mərhələsinin qarşılaşmaları noyabrın 8-18-i aralığında və 2027-ci il, fevralın 7-17-də keçiriləcək.