Olimpiyaçımız karyerasını başa vurdu 

Olimpiyaçımız karyerasını başa vurdu 

İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü İvan Tixonov karyerasını başa vurub. 

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. 

30 yaşlı rusiyalı idmançının artıq Vətəninə qayıtdığı qeyd edilib.

Xatırladaq ki, 2018-ci ildən Azərbaycan yığmasında çıxış edən İvan Tixonov 2019-cu ildə Ştutqartda keçirilən dünya çempionatında göstərdiyi nəticə ilə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı.