Nikita Simonov Dünya kubokunda bürünc medal qazandı

Nikita Simonov Dünya kubokunda bürünc medal qazandı

Martın 10-16-da Türkiyənin Antalya şəhərində idman gimnastikası üzrə Dünya Kuboku keçirilib. Bu yarışda ölkəmizi Dəniz Əliyeva, Nazənin Teymurova, Rəsul Əhmədzadə, Aydın Əlizadə və Nikita Simonov təmsil ediblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən Nikita Simonov sevimli proqramı olan halqalarda final mərhələsinə yüksəlib. Finalda 14.100 xal toplayan gimnastımız bürünc medalın sahibi olub.