İspaniyanın "Barselona" klubunun müdafiəçiləri Jül Kunde və Alexandro Balde zədələnib.
Olimpnews.az xəbər verir ki, hər iki futbolçu ötən gün Kral Kubokunun cavab oyunu çərçivəsində Madrid "Atletiko"su ilə matçda sıradan çıxıb. İlkin müayinələrdən sonra həm Kündenin, həm də Baldenin zədəsinin ciddi olduğu deyilir. Hər iki oyunçunun bir ay müddətinə yaşıl meydanlardan kənar qalcağı gözlənilir.
Qeyd edək ki, "Barselona" "Atletiko" üzərində 3:0 hesablı qələbə qazansa da, madridlilər ilk oyunda qazandığı 4:0 hesablı qələbə sayəsində finala yüksəlib.
"Barselona" ciddi itkilərlə üzləşdi


