Kriştianu Ronaldo zədələndi 

Kriştianu Ronaldo zədələndi 

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldo zədələnib. 
Olimpnews.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçuya hamstrinq diaqnozu qoyulduğu təsdiqlənib. 
​41 yaşlı futbolçu Ronaldo artıq reabilitasiya proqramına başlayıb və vəziyyəti hər keçən gün yenidən qiymətləndiriləcək.
Qeyd edək ki, Kriştianu Ronaldonun Səudiyyə Ərəbistanını tərk etməsi barədə tirajlanan xəbərlərin həqiqəti əks etdirmədiyi açıqlanıb. İngiltərə mətbuatına istinadən verilən xəbərlərin yalan olduğu bildirilib. Ronaldo hazırda ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanındadır.