EYOF-2025: Atletimiz növbəti mərhələyə vəsiqə qazana bilmədi

EYOF-2025: Atletimiz növbəti mərhələyə vəsiqə qazana bilmədi

Şimali Makedoniyada EYOF-2025 çərçivəsində keçirilən atletika yarışları davam edir. 

Olimpnews.az xəbər verir ki, bu gün komandamızın üzvü Əmir İsmayılov uzunluğa tullanma növündə mübarizə aparıb. 

Təsnifat mərhələsində 6.58 m nəticə göstərən idmançımız 15-ci olub. Bu nəticə atletimizin finala vəsiqə qazanması üçün kifayət etməyib.