Məhəmməd Ağakişiyev: “Festivalda mükafat qazanmaq qürurverici hissdir”

Məhəmməd Ağakişiyev: “Festivalda mükafat qazanmaq qürurverici hissdir”

“Festivalın ab-havası çox möhtəşəmdir. Həqiqətən də, bir-birindən gərgin görüşlər keçirdim”.
Bu sözləri Olimpnews.az-a müsahibəsində XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının bürünc mükafatçısı Məhəmməd Ağakişiyev bildirib. 
Ötən gün -73 kq çəki dərəcəsində üçüncü yerə sahib çıxan idmançımız Vətənə medalla qayıdacağına görə sevindiyini deyib. 
“İlk rəqibim erməni idmançı idi. Qırıcı fəndlə ona qalib gəldim. Bu mənim onunla ikinci görüşüm idi. Ötən il Gimnaziada Oyunlarının yarımfinal mərhələsində də həmin idmançıya qalib gələrək finala yüksəlib, çempion olmuşdum. Buna görə də özümə inanırdım ki, bu dəfə də erməni rəqibimə qalib gələcəyəm. Yarımmfinala qədər bütün rəqiblərimi təmiz qələbə ilə, ipponla məğlub emişdim. Təəssüf ki, finala vəsiqə uğrunda qarşılşmada gürcü idmançıya məğlub oldum. Yetərincə güclü idmançı idi. Lakin səhvlərimə görə finaldan məhrum oldum. İnşallah gələn yarışlarda bu səhvlərin üzərində yenidən çalışaraq həmin idmançıya qalib gələcəyəm. Bu yarış kareyarmda növbəti mərhələ üçün bir addımdır. Mükafatçılar sırasında yer aldığıma görə və ən əsası Vətənə medalla qayıdacağıma görə çox sevinirəm. Festivalda mükafat qazanmaq qürurverici hissdir”, - deyə Məhəmməd Ağakişiyev bildirib. 
Qeyd edək ki, Məhəmməd Ağakişiyev həlledici görüşdə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxış edən Aleksandr Aleinikova qalib gələrək bürünc medala sahib çıxıb. 

Azər Əlizadə

Məhəmməd Ağakişiyev: “Festivalda mükafat qazanmaq qürurverici hissdir”