Kamran Talıbov: "Avropa Cüdo Ümidləri" turniri yalnız yarış deyil, gənclər üçün idman festivalıdır"
Olimpizm xəbərləri
26.07.2025, 13:49
Abşeronda Olimpiya Kompleksində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə U-13 və U-15 yaş kateqoriyaları üzrə Avropa Cüdo Ümidləri turniri və kodokan mütəxəssislərinin iştirakı ilə təlim sessiyaları davam edir. Olimpnews.az xəbər verir ki, yarışlar zamanı Azərbaycan Cüdo Federasiyasının (ACF) idman direktoru və baş katibin müavini Kamran Talıbov turnirlə bağlı fikirlərini bildirib. Federasiya rəsmisi bildirib ki, bu turnirin əsas hədəflərindən biri də 13 və 15 yaşadək cüdoçular üçün nəzərdə tutulan kodokan seminarlarının keçirilməsidir: “Turnir çərçivəsində təşkil olunan seminarlar texniki və taktiki hazırlığın artırılmasına yönəlib. Gənc idmançılar burada yalnız mübarizə aparmır, eyni zamanda yüksək səviyyəli mütəxəssislərdən təlim alırlar. Bu səbəbdən tədbirə yalnız yarış gözü ilə baxmaq doğru olmaz. "Avropa Cüdo Ümidləri" turniri yalnız yarış deyil, gənclər üçün idman festivalıdır". Kamran Talıbov həmçinin onu da qeyd edib ki, belə formatda tədbirlər dünya təcrübəsində də öz yerini tapıb və bu təşəbbüs Azərbaycanda da uğurla həyata keçirilir: “Daha öncə digər ölkələrdə bu cür seminarlar və turnirlər keçirilib. Hazırda turnirə Yaponiya və Serbiyadan dəvət olunmuş mütəxəssislərlə yanaşı, yerli təcrübəli cüdo nümayəndələri də qatılıb. Avropa Cüdo Birliyinin ekspertləri yarışın təşkili və idarə olunmasında birbaşa iştirak edirlər”. Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Cüdo Ümidləri” turniri iyulun 27-də başa çatacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda güləş üzrə dünya çempionatına start verilir
Bugün, 09:50 Gündəm
-
Avropa Cüdo Ümidləri Turniri başa çatdı
26.07.2026, 18:40 Cüdo
-
Kanoeçimiz Avropa çempionatında gümüş medal qazanıb
26.07.2026, 18:16 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
26.07.2026, 16:08 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
23.07.2026, 12:51 Su idman növləri
-
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
23.07.2026, 12:29 Şahmat
-
Ölkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
23.07.2026, 11:35 Futbol
-
Konfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
23.07.2026, 11:14 Futbol
-
Dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
23.07.2026, 10:33 Güləş
-
UEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
23.07.2026, 10:11 Futbol
-
Media nümayəndələri arasında stolüstü tennis turniri keçirilib
22.07.2026, 22:36 Tennis
-
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
22.07.2026, 22:17 Gimnastika
-
Konfrans Liqası: "Neftçi" Bakıda "Dinamo"ya məğlub oldu
22.07.2026, 22:00 Futbol