"Real" rəhbərliyi baş məşqçini məyus edib

"Real" rəhbərliyi baş məşqçini məyus edib

Madrid "Real"ının baş məşqçisi Xabi Alonsonun yay transfer pəncərəsi bağlanana qədər daha bir neçə yeni futbolçu almaq istəyi baş tutmayıb. 
Olimpnews.az “The Athletic”ə istinadən xəbər verir ki, rəhbərlik ona bu yay heç bir transfer olmayacağını bildirib.
Qeyd edək ki, bu yay "Real" heyətinə Din Huysen, Alvaro Karreras, Franko Mastantuono və Trent Alexander-Arnoldu cəlb edib.