Almaniya klubu "İnter"lə razılaşmayıb

Almaniya klubu "İnter"lə razılaşmayıb

"Leypsiq" klubu vinger Antonio Nusanın cari transfer pəncərəsində Milan "İnter"inə keçidinə mane olub.

Olimpnews.az insayder Fabrizio Romanonun sözlərinə istinadən xəbər verir ki, Almaniya təmsilçisi 20 yaşlı noveçli futbolçunu Benjamin Şeşko və Xavi Simonsun gedişindən sonra əsas heyətdə sınamaq istəyir. Transfermarkt portalı Antonio Nusanın qiymətini 28 milyon avro ilə qiymətləndirir.