MOK-un əməkdaşı vəfat edib

MOK-un əməkdaşı vəfat edib

Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov vəfat edib.

Olimpnews.az xəbər verir ki, o, bu gün səhər saatlarında uzun sürən xərçəng xəstəliyindən sonra 52 yaşında dünyasını dəyişib.
Mərhumun dəfn mərasimi oktyabr 8-də Yasamal qəbristanlığında olacaq. 

Mehman Kərimov Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin müdiri kimi ölkəmizin Olimpiya Hərəkatının inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsində fəal sürətdə iştirak edib.

O, müxtəlif beynəlxalq yarışlarda missya rəhbəri, Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin, MOK-un bir sıra komissiyalarının üzvü kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!