Ronaldo qorxusunu açıqladı 

Ronaldo qorxusunu açıqladı 

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo fobiyasından danışıb. 
Olimpnews.az xəbər verir ki, əfsanəvi futbolçu keçəl qalmaqdan qorxduğunu açıqlayıb. 40 yaşlı futbolçu sağlam həyat və fiziki vəziyyətin təşviqi məqsədilə Riyadda “Inspire” şəxsi klinika brendinin daha bir filialını açıb. “Məni saçsız görsəniz, eyni insan olmayacağam. Saçla bir şeylər etmək daha yaxşıdır, mən belə düşünürəm. Sən də razısan? Mən bunu üstün tuturam. Amma bir çox insan saçının olub-olmamasına fikir vermir. Məncə, saçla daha yaxşı görünürsən. Mənim fikrim bu yöndədir”.